Milli kapitansız qaldı (FOTO)

Milli kapitansız qaldı (FOTO)
17:26 12 Noyabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Moldova ilə oyuna hazırlaşan milli komandamızın kapitanı Rəşad Sadıqov məşqdə zədələnib.

ANS PRESS-in məlumatına görə, yığmanın kapitanı Rəşad Sadıqov zədələndiyi üçün millinin düşərgəsini tərk etməli olub.

Futbolçu həm də Moldova ilə oyunda meydana çıxmayacaq. Daha öncə Dmitri Nazarov zədə ucbatından millinin toplanışına qatıla bilməmişdi.


Rəşad Sadıqov - Milli komandanın kapitanı

Azərbaycan - Moldova matçı noyabr ayının 17-də keçiriləcək. Matç "Milli Olimpiya Stadionu"nda baş tutacaq. Yoldaşlıq oyununun start fiti saat 21:00 səslənəcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=364630

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR