Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Arif Yunusa həkim axtarılır"

"Arif Yunusa həkim axtarılır"

Date: 12 November 2015 17:26

"Arif Yunus hazırda evdədir. Onun təzyiqi qalxıb. Onun daima həkim nəzarətində olması üçün hazırda həkim axtarılır". Bunu ANS PRESS-ə açıqlamasında onun yanında olan Azad İsazadə bildirib.
Onun sözlərinə görə, politoloq bu gün özünü yaxşı hiss etmədiyini və heç kimə müsahibə vermək istəmədiyini deyib.

A.Yunusun vəkili Elçin Sadıqovun isə ANS PRESS-ə açıqlamasında mdafiə etdiyi şəxsin azadllığa buraxılması üçün apelyasiya şikayəti verildiyini deyib. Məhkəmə prosesi dekabrın 7-də baş tutacaq.

ANS PRESS-in Azadlıq radiosuna istinadla verdiyi məlumata görə, bu gün səhhətində yaranmış problemlə əlaqədar məhkəmə zalından azadlığa buraxılan Arif Yunus məhkəmədən çıxanda jurnalistlərə açıqlama verib. O, III qrup hipertoniyaya xəstəsi olduğunu deyib.

"Dünən xəstəxanada hipertonik kriz keçirdim, təzyiqim 234-ə qalxmışdı. Səhərə qədər yata bilmədim. Hipertoniya elə bir xəstəlikdir ki, mən infarktdan bu gün də ölə bilərəm, 10 ildən sonra da. Bu Allahın işidir".

A.Yunus həyat yoldaşı Leyla Yunusun vəziyyətinin onunkindən lap pis olduğunu deyib. O, deyib ki, söhbətin yaşlı və xəstə qadından getdiyini qeyd edib. Burada söhbət yaşlı, xəstə qadının həbsdə saxlanılmasından gedir. O, mütləq azadlığa buraxılmalıdır. Çünki o, ağır xəstədir.


Arif Yunus məhkəmədən sonra


"O azadlığa buraxılacağına inanmır. Bu gün onu Almaniyaya ən yaxşı xəstəxanaya aparsalar belə iki il vaxt lazım olacaq ki, vəziyyəti normallaşsın. Çünki o Hepatet C, Şəkərli diabetdən əziyyət çəkir, böyrəyində daş var.
Məsələ burasındadır ki, onu aldadıb qadın koloniyasına aparmaq istəyirlər. Orada isə vəziyyət həddən artıq pisdir. Leyla xanım özü də dediyim kimi, xəstədir. Üzərində son bir neçə ildə 6 dəfə cərrahiyyə əməliyyatı aparılıb, onun orqanizminin yarısı yoxdur. Onu cəzaçəkmə müəssisəsinə göndərməklə faktiki ölümə göndərirlər. Belə vəziyyətdə mən susmalıyam? Onda mən nə kişiyəm bundan sonra?! Aclığa başlayanda da dedim ki, 37 il bu xanımla yaşamışam, mən onu satan deyiləm ki, məni azadlığa buraxıb onu ölümə göndərsinlər. Hətta dedim ki, əksinə olsun, onu buraxsınlar, məni göndərsinlər cəzaçəkmə müəssisəsinə. Mən bunu istəyirdim.

A.Yunus susmayacağını, bir silahı olduğunu deyib - bu da dilimdir.


A.Yunus



Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarş Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Tags:  Arif Yunusa həkim axtarılır


RƏYLƏR


Top news