​İran neft bazarında alıcılara endirim təklif edəcək

17:27 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

İranın, ona qarşı sanksiyalar ləğv edilən kimi, gündəlik neft hasilatını 500 min barel artırması gözlənilir. Qeyd edək ki, avqust ayında Dünya Bankının hesabatında İranın sanksiyalardan sonra qısa müddət ərzində hasilatı 1 mln. barel artıracağı və bununla da dünya neft bazarında qiymətlərin 10 dollar azalacağı proqnozlaşdırılır. Ümumiyyətlə, İranın 2016-cı ilin ikinci yarısında yenidən bazarda pay əldə edəcəyi ehtimal olunur.
Belçikanın KBC konsaltinq şirkəti, İranın bazara geri dönməsi ilə ilkin mərhələdə Cənubi Avropada aktiv olacağını və Rusiyanın mövqelərini sıxışdıracağını bildirir. Rusiyanın bu bölgədə illik zərərinin 153 mln. dollar olacağı vurğulanır. Ümumiyyətlə, Rusiyanın Avropa bazarından itkisinin 2016-cı ildə bu məbləğdən çox yüksək olacağı proqnozlaşdırılır. İran həmçinin endirim tətbiq etməklə bazarda mövqe tutmağa çalışacaq ki, endirimin isə 1,5 dollar/barelə qədər yüksələcəyi ehtimal olunur.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/i-ran-neft-bazarinda-alicilara-endirim-teklif-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR