Oktyabrda OPEC üzrə neft hasilatı gündəlik 31,38 milyon barrel olub

Oktyabrda OPEC üzrə neft hasilatı gündəlik 31,38 milyon barrel olub
17:28 12 Noyabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı oktyabrda sentyabr ayı ilə müqayisədə gündəlik 260 min barrel azalaraq 31,38 milyon barrel olub.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, bu il üçün qlobal neft tələbatı 2014-cü ilə nisbətən 1,65 faiz artımla gündəlik 92,86 milyon barrel olacaq. 2016-ci ildə isə qlobal neft tələbatı 2015-ci illə müqayisədə 1,35 faiz artaraq gündəlik 94,11 milyon barrelə çatacaq.
Hesabata görə, OPEC üzrə xam neft tələbatı bu il 2014-cü ilə nisbətən gündəlik 600 min fərqlə 29,6 milyon barrelə yüksələcək. 2016-cı ildə OPEC-in xam neft tələbatı isə 2015-ci illə müqayisədə gündəlik 1,2 milyon barrel artaraq 30,8 milyon barrel olacaq.
Ötən ay OPEC ölkələri olan İraq, Səudiyyə Ərəbistanı və Küveytdə xam neft istehsalı azalıb, Liviyada istehsal artıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oktyabrda_OPEC_uzre_neft_hasilati_gundelik_3138_milyon_barrel_olub-901430

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR