Rəşad Sadıqov sıradan çıxdı

Noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandası daha bir itki ilə üzləşib.

Rəşad Sadıqov məşqdə zədələndiyi üçün millinin düşərgəsini tərk etməli olub. Beləliklə, kapitan Moldova yığması ilə oyunda iştirak etməyəcək.

Xatırladaq ki, daha öncə Dmitri Nazarov zədə ucbatından millinin toplanışına qatıla bilməmişdi.  


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR