Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“ADA” Universiteti ilə BMT-nin Əhali Fondu arasında anlaşma memorandumu imzalanıb

“ADA” Universiteti ilə BMT-nin Əhali Fondu arasında anlaşma memorandumu imzalanıb

Date: 12 November 2015 17:33


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də “ADA” Universiteti ilə BMT-nin Əhali Fondu (UNFPA) arasında anlaşma memorandumu imzalanıb. Memorandum keyfiyyətli təhsil üzrə layihə və proqramların işlənilməsi istiqamətində səmərəli əməkdaşlıq üçün geniş imkanlar yaradılmasını nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Fondun icraçı direktoru, təşkilatın baş katibinin müavini Babatunde Osotimehi “ADA” Universitetinin müəllim və tələbələri üçün mühazirə oxuyub.
B.Osotimehinin mühazirəsi bu il BMT tərəfindən qəbul olunan “Davamlı İnkişaf Hədəfləri və diplomatların bu gündəmin irəliləməsində rolu” mövzusunu əhatə edib. BMT rəsmisi mühazirədə əsasən dünya əhalisinin artım meyillərinin yaratdığı çətinliklərdən danışıb.
Bildirilib ki, bu sahədə gənclərin məlumatlandırılması üçün UNFPA “ADA” Universitetinin kitabxanasına reproduktiv sağlamlıq, gender bərabərliyi, əhali dinamikası, gənclərlə bağlı məsələlərdən bəhs edən, Azərbaycanda son illərin demoqrafik dəyişikliklərini təhlil etməyə imkan verən tədqiqatlarda istifadə oluna biləcək nəşr və kitablar hədiyyə edib.

Tags:  ADA Universiteti BMT-nin Əhali Fondu arasında anlaşma memorandumu imzalanıb


RƏYLƏR


Top news