Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu proqramı telefonunuzdan dərhal silin! - foto

Bu proqramı telefonunuzdan dərhal silin! - foto

Date: 12 November 2015 17:36

"App Store" və "Google Play"da yayılan "Who Viewed Your Profile - InstaAgent" adlı tətbiqetmədən istifadə edənlərin profil məlumatları təhlükə altındadır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, İnstaqramdakı profilinizə kimin baxdığını göstərdiyini iddia edən bu proqramın ad və şifrənizi tamamilə yad bir ünvana göndərdiyi məlum olub. Bundan başqa proqram profilinizdə sizin xəbəriniz olmadan fotolar paylaşa bilər.

Yarım milyondan çox insanın yüklədiyi tətbiqetmə artıq "Apple" və "Google"un marketlərindən yığışdırılıb.

Lakin o vaxta qədər əgər artıq o proqramı telefonunuza yükləmisinizsə, dərhal silin və şifrənizi dəyişin. Başqa sosial şəbəkədə də eyni şifrədən istifadə edirsinizsə, onu da dəyişin.


Tags:  proqramı telefonunuzdan dərhal silin foto

RƏYLƏR


Top news