Azərbaycanlı tələbənin futurist şairlər haqqında məqaləsi dərc edilib

Azərbaycanlı tələbənin futurist şairlər haqqında məqaləsi dərc edilib
17:38 12 Noyabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Kiyev, 12 noyabr, AZƏRTAC 
Boris Qrinçenko adına Kiyev Universitetinin Humanitar İnstitutunun elektron nəşri olan “Manuskript: klassik irs və müasir ədəbi proses” jurnalının birinci nömrəsində həmvətənimiz Məhin Hüsüzadənin “Mixaylo Semyonko və David Burlyukun urbanistik poeziyası: sözyaratma semantikasının komparativ aspekti” adlı məqaləsi (Ukrayna dilində, Yuliya Vişnitskaya ilə həmmüəllif kimi) dərc edilib.
Məqalədə Ukrayna futurizminin banisi və nəzəriyyəçisi şair Mixaylo Semyonkonun və Ukrayna mənşəli rus şair və rəssamı, rus futurizminin banilərindən olan David Burlyukun şeirlərində leksik neologizmlər tədqiq tdilir.
Məhin Müşfiq qızı Hüsüzadə 1996-cı il dekabrın 25-də Azərbaycanın Ağdam rayonunun Çəmənli kəndində anadan olub. 2003-cü ildə Kiyev şəhərindəki 247 nömrəli məktəbin birinci sinfinə daxil olub. 2014-cü ildə həmin məktəbi qızıl medalla bitirərək Ukrayna paytaxtındakı O.O.Boqomolets adına Milli Tibb Universitetinə daxil olub. Hazırda bu ali məktəbin müalicə fakültəsinin ikinci kurs tələbəsidir.
Zeynal Ağazadə
AZƏRTAC—ın xüsusi müxbiri
Kiyev

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_telebenin_futurist_sairler_haqqinda_meqalesi_derc_edilib-901439

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR