Cari ilin oktyabr ayında 1494 halda əmək qanunvericiliyinin pozulması faktı qeydə alınıb

Cari ilin oktyabr ayında 1494 halda əmək qanunvericiliyinin pozulması faktı qeydə alınıb
17:38 12 Noyabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətində əmək qanunvericiliyi və ona əməl olunması üçün müəssisələrdə görülməli olan zəruri tədbirlər barədə işəgötürənlərin ardıcıl və geniş məlumatlandırılması, onlara müvafiq metodiki köməkliklərin göstərilməsi mühüm yer tutur.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə görülən tədbirlər iş yerlərində əmək hüquqlarının pozulması hallarının tədricən azalması ilə müşayiət olunur. Belə ki, son bir ayda vətəndaş müraciətlərinin araşdırılması zamanı aşkar olunan əmək qanunvericiliyinin pozulması hallarının sayı ötən ilin oktyabr ayı ilə müqayisədə 23,5 faiz, cari ilin sentyabr ayı ilə müqayisədə isə 17,1 faiz azalaraq 1494-ə enib.
Ümumilikdə, cari ilin 10 ayında belə hüquq pozuntularının sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz azalma özünü göstərib.
Əmək qanunvericiliyinin tələblərinə əməl edilməməsi hallarının əsasən topdansatış, tikinti, ticarət, ictimai iaşə sahələrində özünü göstərdiyi müəyyən edilib. Aşkar edilən hüquq pozuntularının qısa müddətdə aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görülüb, işçilərin əmək hüquqlarının pozulması hallarının bir daha təkrarlanmaması üçün aidiyyəti işəgötürənlərlə izahat işləri aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cari_ilin_oktyabr_ayinda_1494_halda_emek_qanunvericiliyinin_pozulmasi_fakti_qeyde_alinib-901432

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR