Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Erməni futbolçu "Beşiktaş"da

Erməni futbolçu "Beşiktaş"da

Date: 12 November 2015 17:42

"Spartak"ın yarımmüdafiəçisi Aras Özbiliz karyerasını "Beşiktaş"da davam etdirməyə yaxındı.

Goal.az türk mətbuatına istinadən xəbər verir ki, transfer bu qış reallaşacaq. Ermənistan millisinin 25 yaşlı oyunçusunun özü də doğulduğu İstanbula köçməyin əleyhinə deyil. "Spartak"ın qışda bir sıra futbolçu ilə yollarını ayıracağı, onlardan birinin də Özbiliz olacağı deyilirdi.

Nəzərinizə çatdıraq ki, Özbiliz zədə səbəbindən 2014-2015 mövsümündə oynamayıb. Bu mövsüm isə 7 oyunda meydanda çıxıb, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az


Tags:  Erməni futbolçu Beşiktaşda

RƏYLƏR


Top news