Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gəncədəki "ASAN xidmət" mərkəzində sahibkarlara lisenziyalar verilib

Gəncədəki "ASAN xidmət" mərkəzində sahibkarlara lisenziyalar verilib

Date: 12 November 2015 17:43


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Gəncədəki "ASAN xidmət" mərkəzində sahibkarlara lisenziyalar təqdim edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu lisenziyalar şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları, ölkədaxili yük daşımaları sahəsində fəaliyyət göstərən sahibkarlara verilib.
Lisenziya almış sahibkarlar xüsusi razılığın (lisenziya) alınması üçün müraciətlərinə qısa müddətdə baxıldığını vurğulayıb, lisenziyaların verilməsi prosesindən razılıqlarını bildirərək sahibkarlara göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Həmçinin qeyd edilib ki, ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək tədbirləri, lisenziyaların "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsi, inzibati prosedurların sadələşdirilməsi, şəffaflığın təmin edilməsi sahibkarların fəaliyyətini daha da asanlaşdırır, özəl sektorun inkişafına əlavə stimul verir.

Tags:  Gəncədəki ASAN xidmət mərkəzində sahibkarlara lisenziyalar verilib



RƏYLƏR


Top news