Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​"Azercell" şirkəti "Bookmate" layihəsinin təqdimatını keçirib

Bookmate users exceed 11 000 (20 November 2016 16:46)

Date: 12 November 2015 17:47

“Report” xəbər verir ki, “Azercell”in təqdim etdiyi mobil kitabxanada 500 mindən artıq kitaba çıxış təmin olunub. Endirimli abunə məbləği müqabilində abunəçilər bədii, klassik, müasir və biznes ədəbiyyatından istənilən nümunə ilə tanış ola bilərlər.
Bununla belə, “Azercell” abunəçiləri pulsuz mütaliə imkanı da əldə edəcəklər. Bu zaman onlar əsasən klassik nümunələrdən ibarət müəyyən sayda kitabları oxuya biləcəklər.
Tədbirdə çıxış edən "Azercell"in prezidenti Vahid Mürsəliyev bildirib ki, bu layihə Azərbaycanda bir ilk olmaqla yanaşı, həm də maraqlıdır: “Sürət həm sosial, həm də iqtisadi həyatda mühüm rol oynayır. Kitab oxumaq insanları yalnız maarifləndirmir, həm də bir-birilə yaxınlaşdırır. Təəssüflər olsun ki, bu gün ölkədə kitab oxuyanların sayı çox azdır. Bu layihədən yararlanmaqla, biz ətrafımızdakı insanları kitab oxumağa cəlb etmiş olarıq”.
Daha sonra çıxış edən “Bookmate” layihəsinin rəhbəri Rəna Hacıyeva qeyd edib ki, 9 dildə təqdim edilən proqramdan ölkədə artıq 2 mln. insan istifadə edir.
Onun sözlərinə görə, ilk 7 gün ərzində kitabları pulsuz oxumaq mümkün olacaq: “Proqramı Azərbaycan dilində qurlaşdırmaq olacaq. Yüklədiyiniz kitabları istədiyiniz vaxt internet olmadığı halda belə oxuya bilərsiniz. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir. Cəmi 3,5 manat aylıq abunə ödəməklə “Bookmate” istifadəçiləri istənilən kitabı oxuya və mobil cihazına yükləyə bilər”.
Bildirilib ki, “Bookmate” əlavəsi "Android", "iOS" əməliyyat sistemləri üzərindən işləyir.

Tags:  Azercell şirkəti Bookmate layihəsinin təqdimatını keçirib



RƏYLƏR


Top news