Gəncədəki "ASAN xidmət" mərkəzində də sahibkarlara lisenziyalar verilib

17:58 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Gəncədəki “ASAN xidmət” mərkəzində sahibkarlara lisenziyalar təqdim edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu lisenziyalar şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları, ölkədaxili yük daşımaları sahəsində fəaliyyət göstərən sahibkarlara verilib.

Lisenziya almış sahibkarlar xüsusi razılığın (lisenziya) alınması üçün müraciətlərinə qısa müddətdə baxıldığını vurğulayıb, lisenziyaların verilməsi prosesindən razılıqlarını bildirərək sahibkarlara göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Həmçinin qeyd edilib ki, ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək tədbirləri, lisenziyaların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsi, inzibati prosedurların sadələşdirilməsi, şəffaflığın təmin edilməsi sahibkarların fəaliyyətini daha da asanlaşdırır, özəl sektorun inkişafına əlavə stimul verir.

Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bakı şəhərində və regionlarda “ASAN xidmət” mərkəzlərində lisenziyaların verilməsi davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2455682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR