Mehriban Əliyeva Mərdəkanda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Mehriban Əliyeva Mərdəkanda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
18:02 12 Noyabr 2015
87 Sosial
Ölkə mətbuatı
A- A+

Çində uşaq bağçasının qarşısında partlayış: yaralılar var (15 İyun 2017 15:32)
Çində uşaq bağçasının qarşısında partlayış olub (15 İyun 2017 15:15)
Köhnə uşaq bağçasının binası yeni ev oldu - FOTO (12 İyun 2017 04:32)

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 91 nömrəli körpələr evi-uşaq bağçasının bu gün açılışı olub. "Report" xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər.
Bildirilib ki, burada bütün işlər Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində görülüb. Proqramın 2014-cü ilin fevralında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən təqdimatı zamanı bu müəssisələrdə mövcud vəziyyət müzakirə edilib, aparılan monitorinqin nəticələri açıqlanıb, yeni uşaq bağçalarının inşasına ehtiyacın olduğu müəyyənləşdirilib. Mərdəkan qəsəbəsində yenidən qurulan körpələr evi-uşaq bağçası da bu istiqamətdə atılan addımlardan biridir.
1963-cü ildən fəaliyyət göstərən körpələr evi-uşaq bağçasının binası yenidənqurmadan sonra iki mərtəbədən ibarətdir. Əvvəllər bu müəssisədə 75 uşaq təlim-tərbiyə alırdısa, indi 10 qrupdan ibarət bağçada 2-6 yaş arasında 200 uşağa qayğı göstəriləcək. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Uşaqların zövqünə uyğun qurulan, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün müəssisə rəngbərəng inventarla təchiz edilib. Burada balacaların bacarıq və istedadlarını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradılıb. Uşaqlar xüsusi dərnəklərdə rus və ingilis dillərini də öyrənəcəklər. Körpələr evi-uşaq bağçasının həyətində yaşıllaşdırma işləri aparılıb, əyləncə qurğuları quraşdırılıb.
Xəzər rayonunda görülən işlərə, o cümlədən ən müasir standartlar səviyyəsində qurulan yeni bağçanın inşasına görə dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya sakinlər adından minnətdarlıq bildirilib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sakinlərə salamlarını çatdırmağı xahiş edib.




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Zabaykalyedə fövqəladə vəziyyət rejimi tətbiq edildi

27 İyun 2017 06:04

Trampın etirazlara səbəb olan fərmanı qüvvəyə mindi - Amma...

27 İyun 2017 06:03

Rusiyada vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi veriləcək

27 İyun 2017 06:02

Bakıda ahıl kişi qonşusu tərəfindən döyülüb

27 İyun 2017 05:47

Pireney dağlarında kottec - FOTO

27 İyun 2017 05:32

Yeni FTB direktorunun namizədliyi Senata təqdim edildi

27 İyun 2017 05:19

Lavrov və Tillerson telefonla danışdı

27 İyun 2017 05:08

Braziliya prezidentinə qarşı korrupsiya ittihamı

27 İyun 2017 04:44

Azərbaycan vətəndaşı Rusiya kafelərindən birində namaz qıldığına görə cərimə olunub

27 İyun 2017 04:37

Kitabxana və İrs Mərkəzi, təbiət və modern - FOTO

27 İyun 2017 04:32

Yəməndə hava zərbələri: 9 ölü

27 İyun 2017 04:22

Kabab çəkən gənc özünü yandırdı - EHTİYATSIZLIQ

27 İyun 2017 04:13

Bakıda taksi yaşlı qadını vuraraq ağır xəsarət yetirib

27 İyun 2017 03:37

Xuzistanda bir ev - FOTO

27 İyun 2017 03:32

Sərxoş sürücü 7 qonşunun maşınını əzdi - Bakıda

27 İyun 2017 03:24

Hökumət qüvvələri ilə terror qruplaşması arasında döyüş olub -

27 İyun 2017 03:06

Rumıniyada yeni baş nazir təyin olunub

27 İyun 2017 03:02

Nigeriyada silsilə terror hücumları nəticəsində 9 nəfər ölüb

27 İyun 2017 02:43

Sloveniyada məktəb və uşaq bağçası - FOTO

27 İyun 2017 02:32

Bakıda ikimərtəbəli ev yandı

27 İyun 2017 02:29

Alt paltarı geyinmədiyi üçün İŞDƏN QOVULDU - FOTO

27 İyun 2017 02:23

Səudiyyə Ərəbistanının Yəməni bombalaması nəticəsində 9 dinc sakin ölüb

27 İyun 2017 02:22

Yəmən yenidən bombalandı: 9 ölü, 4 yaralı

27 İyun 2017 01:54

Astroloji proqnoz -

27 İyun 2017 01:54

Niderlanda yaşı 4,5 milyard il olan meteorit düşüb

27 İyun 2017 01:42

Qəzzadan İsrail ərazisinə raket atıldı

27 İyun 2017 01:38

Almaniyada şəhər kənarında ev - FOTO

27 İyun 2017 01:32

Mobil telefon bazarında durğunluq yaranıb -

27 İyun 2017 01:32

Beyləqanda yanğın olub

27 İyun 2017 01:08

Qəzza zolağı İsraili raket atəşinə tutdu

27 İyun 2017 01:04

Mingəçevirdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

27 İyun 2017 00:57

Qəzza zolağından İsrail tərəfə raket atılıb

27 İyun 2017 00:37

Qətərin xarici işlər naziri ABŞ-a səfər edəcək

27 İyun 2017 00:31

Nigeriyada silsilə partlayışlar - 16 ölü, 13 yaralı

27 İyun 2017 00:23

Astroloji proqnoz - 27 iyun

27 İyun 2017 00:08

Qətərin xarici işlər naziri ABŞ-a gedir

27 İyun 2017 00:08

Günün qoroskopu:bütün problemlər həllolunandır

27 İyun 2017 00:05

FİFA Rusiya millisi barədə araşdırmaya başlayıb

26 İyun 2017 23:57

Məşhur aktrisa: "Rejissor soyunmağımı istədi, mən də..." - FOTO

26 İyun 2017 23:57

"Putinin fanatıyam" -

26 İyun 2017 23:57

Bayram süfrələrimizin şahı: Turşu-qovurmalı plov - RESEPT

26 İyun 2017 23:52

İtaliya polisi miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib

26 İyun 2017 23:52

183-dən 65-ə düşdü - FOTO

26 İyun 2017 23:52

Gənc oğlanın cəsədi iş yerinin yaxınlığında tapıldı

26 İyun 2017 23:48

Günəş və ya piqment ləkələrinin çarəsi

26 İyun 2017 23:47

"Real"ın baş məşqçisi olmaq istəyirəm"

26 İyun 2017 23:47

Alimlərdən yeni ixtira - robot kuryerlər

26 İyun 2017 23:47

Övladı imtahana hazırlaşan valideynlər, MÜTLƏQ OXUYUN

26 İyun 2017 23:42

Mbappenin məvacibi 9 dəfəyə qədər artırılacaq

26 İyun 2017 23:42

Azərbaycan bayrağı ayaq altına sərilən xalçada əks olunub -

26 İyun 2017 23:41