Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Binədəki 84 nömrəli körpələr evi-uşaq bağçası yenidənqurmadan sonra istifadəyə verilib

Binədəki 84 nömrəli körpələr evi-uşaq bağçası yenidənqurmadan sonra istifadəyə verilib

Date: 12 November 2015 18:03


Bakı, 12 noyabr, AZƏRTAC 
Son illər Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra mühüm tədbirlər görülüb.
Xəzər rayonunun Binə qəsəbəsində şəhid Ərəstun Bəylərov adına 84 nömrəli körpələr evi-uşaq bağçasında da Fondun təşəbbüsü ilə həyata keçirilən yenidənqurma işlərindən sonra balacaların rahatlığı, istirahəti və ilkin biliklərə yiyələnməsi tam təmin ediləcək.
Noyabrın 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyeva məktəbəqədər müəssisənin rəmzi açılışını bildirən lenti kəsdilər.
Bağça ilə tanışlıq zamanı məlumat verildi ki, bu müəssisə 1984-cü ildən fəaliyyət göstərir. Bu ilin may ayında məktəbəqədər təhsil müəssisəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə sökülərək yerində ikimərtəbəli uşaq bağçası tikilib. On qruplu 109 yerlik müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları əsas götürülüb. Körpələr evi-uşaq bağçasında uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılacaq. Bağçanın həyətyanı sahəsində müxtəlif attraksionlar quraşdırılıb, dekorativ ağaclar əkilib, yaşıllıq sahəsi salınıb.
Ölkəmizdə belə uşaq müəssisələrinin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətə daim dəstək olan Heydər Əliyev Fondunun fəaliyyətinin gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olan bugünkü uşaqların firavan həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəldiyini bir daha göstərir və bu istiqamətdə sistemli və ardıcıl tədbirlərin həyata keçirildiyini nümayiş etdirir.











Tags:  Binədəki 84 nömrəli körpələr evi-uşaq bağçası yenidənqurmadan sonra istifadəyə verilib


RƏYLƏR


Top news