Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Noyabrın 13-də bəzi rayonların təbii qaz təchizatı məhdudlaşdırılacaq

Noyabrın 13-də bəzi rayonların təbii qaz təchizatı məhdudlaşdırılacaq

Date: 12 November 2015 18:08


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 13-də saat 10-dan 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Xaşaxuna” və “Zeytun”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Padar”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Yaqublu”, “Makov” və “Oğuz” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Ağsu rayonunun Padar, Külüllü, Kürsulu, Nəmirli və Bənəcik, Şəki rayonunun Turan qəsəbəsinin, Zaqatala rayonunun Danaçı və Nazıxgöyəm kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumat görə, aparılan işlərin Bakının Xəzər rayonunun Şüvalan, Qala və Xaşaxuna bağları qəsəbələrinin, o cümlədən, Oğuz rayonun bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Tags:  Noyabrın 13-də bəzi rayonların təbii qaz təchizatı məhdudlaşdırılacaq


RƏYLƏR


Top news