​“Hekayəti xırs quldurbasan” 100-cü dəfə səhnədə

​“Hekayəti xırs quldurbasan” 100-cü dəfə səhnədə
18:13 12 Noyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 13-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” tamaşası 100-cü dəfə nümayiş olunacaq.
M.F.Axundzadənin ölməz komediyalarından olan “Hekayəti xırs quldurbasan” tamaşasının quruluşçu rejissoru, Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirovdur. Səhnə əsərində əsas obrazları Əməkdar artistlər Qurban İsmayılov, Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Nübar Novruzova, Leyli Vəliyeva, aktyorlar Elnur Kərimov, Elşən Hacıbabayev, Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, Elnur Hüseynov və başqaları ifa edəcəklər.​




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hekayeti_xirs_quldurbasan_100_cu_defe_sehnede-901465

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR