Bakıda qarlı-şaxtalı hava ilə bağlı 382 yol texnikası hazır vəziyyətə gətirilib

Bakıda qarlı-şaxtalı hava ilə bağlı 382 yol texnikası hazır vəziyyətə gətirilib
18:13 12 Noyabr 2015
57 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də 2015-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.

ASC-nin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Cəmiyyətin sədr əvəzi Saleh Məmmədov ötən illərdə olduğu kimi, cari ilin 9 ayı ərzində də ASC tərəfindən ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi və yeni yolların salınması ilə bağlı layihələrin uğurla davam etdirildiyini qeyd edib.

Hesabat iclasında qeyd olunub ki, 2015-ci ilin 9 ay ərzində 289,3 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü tikilib, 2 ədədi təmir edilib, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara verilib.

2015-ci ilin 9 ayı ərzində 38 adda küçə və prospektdə 370,4 min m2 sahədə əsaslı təmir işləri aparılıb. Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 97,7 min m2 sahədə çala təmiri işləri yerinə yetirilib.

İclasda 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq məsələsinə də xüsusi diqqət ayrılıb. Bildirilib ki, Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq bütün idarə və müəssisələrdə hazırlıq işləri başa çatmaq üzrədir.

Ümumilikdə payız-qış mövsümündə, xüsusilə qarlı-şaxtalı havalarda avtomobil yollarına, prospekt və küçələrə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər (Bakı şəhərində 382 ədəd, respublika yollarına xidmət üçün 659 ədəd) yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətirilib. Bundan başqa, tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması işləri də davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2455687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR