SOCAR Xəzərdəki yataqda ekoloji monitorinq keçirib

SOCAR Xəzərdəki yataqda ekoloji monitorinq keçirib
18:23 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Maksim Tsurkov/

SOCAR-ın Ekologiya İdarəsi 2015-ci il üzrə iş planına uyğun olaraq, “Azneft” İstehsalat Birliyinin neft-qaz yataqlarında mövsümi ekoloji monitorinqi başa çatdırıb.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, ekoloji monitorinqin yerinə yetirilməsi üçün layihə hazırlanıb, yataqlarda mövcud ekoloji vəziyyətin öyrənilməsi və qiymətləndirilməsi üçün bütün zəruri indikatorlar layihəyə daxil edilib.

Cari ildə sonuncu ekoloji monitorinq 2015-ci il noyabrın birinci ongünlüyündə “Məmməd Süleymanov” elmi-tədqiqat gəmisi vasitəsi ilə “28 May” NQÇİ-nin “Günəşli” yatağında aparılıb. Ekoloji monitorinqə uyğun olaraq yataq ərazisində seçilmiş stansiyalarda dəniz dibindən dib çöküntüləri, bentos, mikrobioloji, fitoplankton, zooplankton nümunələri götürülərək qablaşdırılıb. Hidrobioloji tədqiqatlar üçün canlı orqanizmlər formalin məhlulu ilə fiksasiya edilmişdir. Dənizin 3 qatından (alt, orta, üst) 90-160 metr dərinliklərdən götürülmüş su nümunələrinin fiziki-kimyəvi parametrləri təyin edilib.

Monitorinq zamanı su axınları, havanın keyfiyyəti, səs-küy və digər parametrlər möbil cihazlarla təyin edilmiş, qeydlər aparılıb. Götürülmüş nümunələr, dib çöküntüsü və suyun kimyəvi, fiziki-kimyəvi, hidro və mikrobioloji analizlərinin aparılması üçün Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib. İlin sonuna qədər monitorinqin nəticələrinin təhlili, əvvəlki monitorinq göstəriciləri ilə müqayisəsi və yataqda ekoloji vəziyyət haqqında hesabat hazırlanması nəzərdə tutulur.

Ekoloji monitorinqin və laboratoriya tədqiqatlarının aparılmasında məqsəd dəniz ekosisteminə təsir edə biləcək çirklənmənin illər üzrə dəyişmə dinamikasının elmi əsaslandırılmış təhlili və müəyyən edilmiş nəticələrdən gələcək fəaliyyətin planlaşdırılmasında istifadə edilməsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2455664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR