Konstitusiyanın yaratdığı imkanlardan bəhrələnən Azərbaycan xalqı tarixi uğurlar qazanıb

Konstitusiyanın yaratdığı imkanlardan bəhrələnən Azərbaycan xalqı tarixi uğurlar qazanıb
18:28 12 Noyabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiyamızın 20 illiyi münasibətilə tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Azad Ələkbərov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iştirak ediblər.
Tədbirdə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının güclü demokratik dövlətin qurulması, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına əsaslı zəmin yaradılması, müasir dövlətçilik tariximizdə yeni mərhələnin başlanmasını təmin etməsi, ictimai-siyasi həyatımızın bütün sahələrində dinamik inkişafa güclü təkan verməsi və s. proseslərdə rolu xüsusilə diqqətə çatdırılıb.
Vurğulanıb ki, Əsas Qanunumuzun yaratdığı geniş imkanlardan bəhrələnən Azərbaycan xalqı tarixi nailiyyətlərə imza atıb, respublikamız sürətli inkişafa nail olaraq dünya dövlətləri arasında layiqli yer tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiyamıza istinad edərək dövlətçiliyimizi, iqtisadiyyatımızı və cəmiyyətimizi daha yüksək zirvələrə doğru inamla aparır.
Bildirilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə mükəmməl şəkildə hazırlanmış Konstitusiyamız ölkəmizin hərbi qüdrətinin artırılmasına, ordu quruculuğu sahəsində böyük uğurların qazanılmasına, o cümlədən sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaradıb. Məhz bu möhkəm zəmin əsasında dövlət sərhədlərimizin toxunulmazlığının təmin edilməsi istiqamətində davamlı dinamik inkişafa nail olunub.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Konstitusiyanin_yaratdigi_imkanlardan_behrelenen_Azerbaycan_xalqi_tarixi_ugurlar_qazanib-901468

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR