​"Azərsu"da Dünya Bankının missiyası ilə görüş keçirilib

18:32 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a daxil olan xəbərə görə, “Azərsu”nun sədri Qorxmaz Hüseynov bildiirb ki, DB ilə birgə maliyyələşdirilən "Milli su təchizatı və kanalizasiya xidmətləri Layihəsi" çərçivəsində Şamaxı, Qəbələ, Sabirabad və Saatlı şəhərlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir.
Q.Hüseynov qeyd edib ki, cəmiyyətin yeni Təlim-Tədris Mərkəzi inşa olunub və artıq fəaliyyətə başlayıb: "Ən müasir standartlara uyğun qurulmuş mərkəzdə regional təlimlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Dünya Bankının regional təlimlərinin Bakıda keçirilməsinə hazırıq".
F.Braun isə Azərbaycanda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində hər 4 şəhərdə işlərin gedişindən razı qaldıqlarını qeyd edib. O vurğulayıb ki, DB bundan sonra da Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dəstək verəcək.
Görüşdə Azərbaycan hökumətinin DB ilə birgə maliyyələşdirdiyi "Milli su təchizatı və kanalizasiya xidmətləri Layihəsi" çərçivəsində görülən işlər və gələcək əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Günün ikinci yarısında F.Braunun rəhbərlik etdiyi nümayəndə heyəti Təlim-Tədris Mərkəzində olub. Səfər müddətində nümayəndə heyəti Şamaxı və Qəbələ şəhərlərində həyata keçirilən layihələrin icrası ilə də tanış olacaqlar.
Qeyd edək ki, DB-nin su təchizatı və kanalizasiya üzrə aparıcı mütəxəssisi vəzifəsini bundan öncə Manuel Marino icra edib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azersu-da-dunya-bankinin-missiyasi-ile-gorus-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR