Səbuhi Rəcəb: Kikboksçularımızın qazandığı uğurlar Azərbaycanın idman şöhrətinin təbliğinə töhfə verir

Səbuhi Rəcəb: Kikboksçularımızın qazandığı uğurlar Azərbaycanın idman şöhrətinin təbliğinə töhfə verir
18:33 12 Noyabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Kikboksçularımızın beynəlxalq yarışlarda qazandıqları uğurlar Azərbaycanın idman şöhrətinin təbliğinə öz töhfəsini verir. Onlar bu vəzifəni şərəflə yerinə yetirirlər. Azərbaycan Kikboksinq Federasiyasının uğurları bundan sonra da davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə vitse-prezidenti Səbuhi Rəcəb yığma komandanın Belqradda keçirilən WAKO versiyası üzrə dünya çempionatında qazandığı uğurlarla bağlı fikirlərini bölüşərkən söyləyib.
Son illər ölkəmizdə idmana, o cümlədən kikboksinqə böyük marağın yarandığını vurğulayan S.Rəcəb deyib: “İdmançılarımızın beynəlxalq yarışlardakı nailiyyətləri Azərbaycanda qeyri-Olimpiya növü olan kikboksinqin inkişaf etdiyini bir daha göstərir. Kikboksinq artıq ölkəmizdə idmanın populyar növləri arasındadır. Keçirilən turnirlər, həmin yarışlara artan maraq da bunu təsdiqləyir. Yeni kikboksinq mərkəzlərinin açılışları idmanın bu növünün perspektivindən xəbər verir. Bu, həm də gənclər arasında idmana, eləcə də kikboksinqə marağı daha da artırır. İdman mərkəzlərimizdə yüzlərlə gənc kikboksinqin sirlərini öyrənir”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sebuhi_Receb_Kikbokschularimizin_qazandigi_ugurlar_Azerbaycanin_idman_sohretinin_tebligine_tohfe_verir-901476

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR