Sərt qənaət siyasəti Avropada intiharları artırır

Sərt qənaət siyasəti Avropada intiharları artırır
18:33 12 Noyabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Qlobal maliyyə böhranı və onu müşayiət edən sərt qənaət tədbirləri avrozonanın kasıb ölkələrində suisid hallarını artırıb.
AZƏRTAC avstriyanın “derstandard.at” saytına istinadla xəbər verir ki, Nikolaos Antonakakis (Vyana Vebster Özəl Universiteti) və Alan Kollinsin (Portsmut Universiteti) tədqiqatı bunu təsdiqləyir.
Tədqiqatçıların araşdırmalarına görə, gəlirin azalması, dövlət xərclərinin ixtisarı, gənclər arasında işsizlik ilə suisid arasında birbaşa əlaqə var. Dövlət xərclərinin ixtisarı ən çox 65–89 yaş arası kişilərə təsir edir. Sərt qənaət siyasətinin beş ili ərzində (2009-2014) həmin yaş qrupunda 4.555 nəfər təqaüd və əmək haqqının ixtisarı səbəbindən intihar edib.
Bundan başqa, 24 yaşadək gənclər arasında işsizliyin bir faiz artması bu yaş qrupu üzrə intihar səviyyəsində 1,48 faiz artıma səbəb olur. Sərt qənaət siyasətinin başlanğıcından bəri 24-44 yaşlı qadınlar arasında intiharda da artım müşahidə edilir. Kişilərdən fərqli olaraq, qadınlarin intiharının əsas səbəbi işsizlik yox, boşanma hallarıdır.
Ümumi daxili məhsul ilə birlikdə əmək haqlarının 1 faiz aşağı düşməsi az inkişaf etmiş Avropa ölkələrində bütün yaş qruplarında suisid səviyyəsinin 0,9 faiz artması ilə nəticələnib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sert_qenaet_siyaseti_Avropada_intiharlari_artirir-901474

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR