Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib

Date: 12 November 2015 18:33


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2015-ci il 10 noyabr tarixli iclasının protokolu təsdiq edilib.
Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilərlə bağlı Komissiyaya daxil olmuş müraciətlərə baxılıb. Ərizəçilərin və maraqlı tərəflərin iştirakı ilə Mərkəzi Seçki Komissiyasının üzvləri tərəfindən aparılan müzakirələrdən sonra daxil olmuş müraciətlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib. İclasda cari məsələlərə də baxılıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələri də iclasda iştirak ediblər.

Tags:  MSK-nın növbəti iclası keçirilib


RƏYLƏR


Top news