Karlo Ançelotti: "Mən "Barselona"nın dünyanın ən yaxşı klubu olduğunu deməmişəm"

Karlo Ançelotti "Daily Mail"ə verdiyi müsahibədəki iki fraqmentə aydınlıq gətirib.

İtalyan məşqçi "Twitter" hesabı vasitəsilə bunları yazıb: "Daily Mail"ə müsahibəmdəki iki məqama aydınlıq gətirmək istəyirəm. Birincisi, nə Pol Klement, nə də mənim "Real" oyunçuları ilə heç bir problemim olmayıb. Müsahibə zamanı söhbət başqa komandadan gedirdi.

İkincisi, mən "Barselona"nın dünyanın ən yaxşı klubu olduğunu deməmişəm. Mən sadəcə onların "Real"ın ən çətin rəqibi olduğu haqda danışmışam. Həmişə "Real"ın dünyanın ən yaxşısı olduğunu demişəm".

Bunun ardından jurnalist Mett Louton Ançelottidən üzr istəyib. İtalyan mütəxəssis isə öz növbəsində Loutona təşəkkürünü bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR