Mehriban Əliyevaya BMT-nin diplomu verildi - fotolar

Mehriban Əliyevaya BMT-nin diplomu verildi - fotolar
18:51 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Noyabrın 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin ilə görüşüb.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehinin başçılıq etdiyi nümayəndə heyətini salamladılar.
 
Görüşdə Mehriban Əliyeva Heydər Əliyev Fondunun nəinki ölkəmizin, o cümlədən regionun ən böyük və ən fəal qeyri-hökumət təşkilatlarından biri olduğunu bildirdi. Birinci xanım Mehriban Əliyeva qeyd etdi ki, Heydər Əliyev Fondunun fəaliyyətində sosial problemlər, xüsusilə də ailə, qadın və uşaq problemləri prioritet istiqamətlərdən biridir.
 
Heydər Əliyev Fondunun 2008-ci ildən BMT-nin Əhali Fondu, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihələr həyata keçirdiyini diqqətə çatdıran Azərbaycanın birinci xanımı vurğuladı ki, tarix boyu ölkəmizdə qadınlar ictimai-siyasi həyatda fəal rol oynayıblar və mühüm yer tutublar. “Azərbaycanda qadınlara səsvermə hüququ bir çox Avropa ölkələrindən əvvəl verilib”, - deyən Heydər Əliyev Fondunun prezidenti bu gün də Azərbaycan qadınlarının müxtəlif sahələrdə fəal rol oynadıqlarını bildirdi.

Müasir dünyanın çağırışları ilə yeni layihələr həyata keçirməyin zəruriliyini vurğulayan birinci xanım Mehriban Əliyeva məişət zorakılığına son qoymaq sahəsində ölkəmizdə görülən işlərdən danışdı. Qadınlara qarşı zorakılığa son qoyulmaqla yanaşı, onlara sosial dəstək və reabilitasiya tədbirlərinin vacibliyinə toxunan Mehriban Əliyeva ölkəmizdə bu istiqamətdə konkret layihələrin icra olunduğunu, regionlarda reabilitasiya mərkəzlərinin açıldığını söylədi. Azərbaycanın birinci xanımı BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığa təkan verəcəyinə əminliyini vurğuladı və Heydər Əliyev Fondunun əməkdaşlığı gələcəkdə də davam etdirməyə hazır olduğunu dedi.

Səmimi görüşə görə minnətdarlığını bildirən Babatunde Osotimehin Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan böyük şərəf hissi duyduğunu söylədi. BMT rəsmisi Heydər Əliyev Fondunun fəaliyyətinin uca amallara və məqsədlərə xidmət etdiyini məmnunluqla vurğuladı.

Görüşün sonunda Babatunde Osotimehin Azərbaycanda qadınların və uşaqların hüquqlarının qorunması, həmçinin gender bərabərliyi sahəsində göstərdiyi xidmətlərə görə BMT-nın Əhali Fondunun xatirə diplomunu və hədiyyəsini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim etdi.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda ruhi xəstə itkin düşüb - FOTO

21 İyul 2017 08:52

Bakıda 2 qardaş qohumları tərəfindən döyülüb

21 İyul 2017 08:52

"Lufthansa" aviaşirkətətinin sərnişin təyyarəsi Kiprda təcili eniş edib

21 İyul 2017 08:52

Çində 226 mindən artıq insan təxliyə edilib

21 İyul 2017 08:52

Mərdəkanda sürücü piyadanı vuraraq qaçmaq istəyərkən saxlanılıb

21 İyul 2017 08:47

Maska Vaşinqtondan Nyu-Yorka qədər tunel qazmağa icazə verilib

21 İyul 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

21 İyul 2017 08:47

Cəlilabad sakininin həyətində 139 ədəd çətənə kolu aşkarlanıb

21 İyul 2017 08:47

Sərxoş vəziyyətdə siqaret çəkdi, özünü yandırdı

21 İyul 2017 08:42

Hadiya əl-Abbas istefaya gedib

21 İyul 2017 08:42

"Koroğlu" metrostansiyası yaxınlığında piyadanı maşın vurub

21 İyul 2017 08:42

Türkiyədə avtomobil kanala aşıb: 2 ölü, 5 yaralı

21 İyul 2017 08:42

Memar Əcəmi metrostansiyası yaxınlığında gənc oğlan bıçaqlanıb

21 İyul 2017 08:37

İçində Aydan götürülmüş toz olan çanta 1,8 milyon dollara satılıb

21 İyul 2017 08:32

Azərbaycanda restoran yanıb

21 İyul 2017 08:32

Morata "Çelsi"də, Çiçarito İngiltərəyə qayıtdı

21 İyul 2017 08:32

Lukaşenko Ukraynaya rəsmi səfərə gəlib

21 İyul 2017 08:27

Bakıda 8 otaqlı ev yanıb

21 İyul 2017 08:22

Növbəti HƏKİM SƏHLƏNKARLIĞI: Ağcabədidə 24 yaşlı gənc əməliyyat masasında öldü

21 İyul 2017 08:18

Amerika KİV-i Trampın prezidentliyinin ilk altı ayına yekun vurub

21 İyul 2017 08:12

Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ

21 İyul 2017 08:12

7 otaqlı ev yanıb

21 İyul 2017 08:05

Ukraynada "qara yara" HƏYƏCANI - Təhlükə Azərbaycana nə qədər yaxındır?

21 İyul 2017 08:05

Qısa saç onlara daha çox yaraşır - FOTO

21 İyul 2017 08:05

83 yaşlı həkim 100 il sağlam yaşamağın reseptini açıqladı - FOTO

21 İyul 2017 08:03

Hiquain "Napoli"yə məhkəmədə uduzub

21 İyul 2017 07:57

Onu unutmaq istəyirsinizsə... - Sevgilisindən ayrılanlar oxusun

21 İyul 2017 07:52

Yunanıstanda zəlzələ: 2 ölü, 120 yaralı

21 İyul 2017 07:52

Bu qatardır, yoxsa otel? - HEYRƏTLƏNDİRİCİ FOTOLAR

21 İyul 2017 07:42

Yunanıstanda zəlzələ 100 nəfəri xəstəxanalıq etdi

21 İyul 2017 07:39

"Roma" heyətini hücumçu ilə gücləndirib

21 İyul 2017 07:37

Bakıda qadın sərnişin avtobusdan yerə yıxılıb

21 İyul 2017 07:32

Belə incəsənət növünün olduğunu bilirdiniz? - FOTO

21 İyul 2017 07:32

Ağ paltarları neçə dərəcədə yuyaq? - XANIMLARA TÖVSİYƏ

21 İyul 2017 07:22

BƏD NƏZƏRDƏN qurtulmağın yolları - FOTO

21 İyul 2017 07:18

Türkiyədə 6,3 bal gücündə zəlzələ olub, xəsarət alanlar var

21 İyul 2017 07:17

Çəkdiyiniz cızma-qaraların MƏNALARI SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO

21 İyul 2017 07:17

"Fənərbağça" braziliyalı futbolçunu transfer etmək üzrədir

21 İyul 2017 07:12

İndiyə qədər çəkilmiş ən təhlükəli 8 selfi

21 İyul 2017 07:05

Avroliqada gecənin nəticələri

21 İyul 2017 07:04

Salyanda 660 kv.metrlik restoran yandı

21 İyul 2017 06:39

"Yeni verilişimdə lüt gəzəcəm"

21 İyul 2017 06:34

Malikanənin öz minimalizmi - FOTO

21 İyul 2017 06:32

Yunanıstanda zəlzələ 2 can aldı

21 İyul 2017 06:29

Ermənistan səfiri ABŞ şirkətlərini qapı-qapı gəzib kömək istədi

21 İyul 2017 06:23

"Zirə"nin rumıniyalı müdafiəçisi: "Bu gün idman xoşbəxtliyi “Astra”nın tərəfində idi"

21 İyul 2017 05:42

Palanqada ailəvi ev - FOTO

21 İyul 2017 05:32

Göygöldə 7 otaqlı ev yandı

21 İyul 2017 05:28

Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində güclü zəlzələ olub, 2 nəfər ölüb, 70-i yaralanıb

21 İyul 2017 05:22

Bakıda 2 qardaş qohumları tərəfindən döyülüb

21 İyul 2017 04:57