Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bu idman növü ləğv edildi

Azərbaycanda bu idman növü ləğv edildi

Date: 12 November 2015 18:52

Bu gün Azərbaycan otüstü hokkey yığmasının üzvləri və məşqçiləri “Exelsior” otelin qarşısında aksiya keçirib. Fanat.az lent.az-a istinadən xəbər verir ki, onlar maaşlarının verilməsini tələb ediblər.

Otüstü Hokkey Federasiyasının mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev bildirib ki, ölkədəki otüstü hokkey komandaları və yığmalar bu ilin iyul ayının 1-dən buraxılıb: “Həmin tarixdən etibarən otüstü hokkey komandaları da buraxılıb. Ümumilikdə isə bu sahədə olan 400-500 nəfər, həm idmançılar, həm də məşqçilər və digər texniki heyət üzvü var. Onlara verilməli olan maaşın ümumi miqdarı isə 50 min manata yaxındı”. 

Federasiya rəsmisinin sözlərinə görə, ölkədə otüstü hokkey idman növü üzrə bütün fəaliyyətlər artıq dayandırılıb. Federasiyadan maaşlarının tələb edənlər arasında ukraynalı və pakistanlı legionerlər və texniki işçilər də var.

Federasiyadan o da bildirilib ki, məsələ ilə bağlı prezidentə müraciət olunub. Ölkə başçısı məsələnin araşdırılmasını Gənclər və İdman Nazirliyinə tapşırıb. 

Fanat.az

Tags:  Azərbaycanda bu idman növü ləğv edildi

RƏYLƏR


Top news