Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lökbatandakı məktəbdə baş vermiş insidentlə bağlı araşdırmalar aparılır

Lökbatandakı məktəbdə baş vermiş insidentlə bağlı araşdırmalar aparılır

Date: 12 November 2015 18:58

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Bakı şəhər prokurorluğu 106 saylı orta məktəbdə baş vermiş insidentlə bağlı araşdırmalar aparır.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, noyabrın 5-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 106 saylı orta məktəbdə baş vermiş insidentlə bağlı Bakı şəhər prokurorluğu tərəfindən şəhər Təhsil İdarəsi ilə birlikdə araşdırmalar aparılır.

Araşdırmaların nəticəsindən asılı olaraq qanunamüvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, həmin məktəbdə dərs zamanı şagirdlərdən biri sinif yoldaşına pnevmatik tüfəngdən atəş açmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Lökbatandakı məktəbdə baş vermiş insidentlə bağlı araşdırmalar aparılır

RƏYLƏR


Top news