Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı müğənni: "Klipdə erotik səhnələr..."

Azərbaycanlı müğənni: "Klipdə erotik səhnələr..."

Date: 12 November 2015 19:04

Gənc müğənni Zaur Həsənovun "Tənhayam bu gün" mahnısına çəkdirdiyi klipə Beynəlxalq Mətbuat Mərkəzində təqdimat keçirib. Lent.az-ın məlumatına görə, sözləri Sona Vəliyevaya, musiqisi və aranjemanı İlkin Həsənə məxsus olan klip İstanbul və Tiflisdə ekranlaşdırılıb: “Bu ikinci klipimdir. Mahnının sözləri məni özünə çəkdi. Düşündük ki, bu bəstəni ekranlaşdırsaq, yaxşı olar. Klipdə elə görüntülər çəkdik ki, müzakirələrə səbəb olmayaq. Yəni tamaşaçılar bu klipdə açıq-saçıq, erotik səhnələri görə bilməyəcəklər. Amma fərqli bir yaradıcı məhsulun ərsəyə gəldiyinin şahidi olacaqlar. Klip 9 günə çəkilib. Son qiyməti tamaşaçılar verəcək”.  

 

 

Qeyd edək ki, təşkilatçılığını Şahin Cavadsoy və Türkan Məmmədlinin etdiyi tədbirə müğənnilərdən Roza Zərgərli, Mənzurə Musayeva, Əbdül Xalid, Lamiyyə Novruzova, Rəvan Qarayev, Elgün Hüseynov, aparıcı Könül Muxtarova və başqaları gəlmişdi. 

 

Onu da əlavə edək ki, klip bir neçə saat sonra "Youtube" kanalına yükləniləcək. 







Tags:  Azərbaycanlı müğənni Klipdə erotik səhnələr

RƏYLƏR


Top news