Naxçıvan hava limanının Aerovağzal binasında yenidənqurma işləri aparılır (FOTO)

Naxçıvan hava limanının Aerovağzal binasında yenidənqurma işləri aparılır (FOTO)
19:08 12 Noyabr 2015
15 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Muxtar respublikada hava nəqliyyatının inkişafı diqqət mərkəzində saxlanılır. Naxçıvan Beynəlxalq Hava Limanında xidmət şəraitinin müasirləşdirilməsi və sərnişinlərin rahatlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Aerovağzal binasında yenidənqurma işləri aparılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov binada aparılan yenidənqurma işləri tanış olublar.

Məlumat verilib ki, yenidənqurma işləri çərçivəsində 2 keçid körpüsü və 2 teleskopik trap quraşdırılıb. Binada sərnişin qəbulu və yola salınması üçün lazımi tədbirlər görülüb, eskalator, 2 lift və ümumi uzunluğu 41 metr olan baqaj konveyeri quraşdırılıb, ana-uşaq otağı, tibb məntəqəsi, geniş və işıqlı gözləmə zalları istifadəyə verilib. Yeni teleskopik traplar vasitəsilə sərnişinlər rahatlıqla təyyarələrə minəcək, həmçinin təyyarədən terminal binasına keçəcəklər. Ən müasir avadanlıqların quraşdırılması sərnişinlərin rahatlığına və uçuşların təhlükəsizliyinə imkan verəcəkdir.

Binada xarici reyslərin qarşılanıb-yola salınması üçün pasport-qeydiyyat bölmələri və viza otağı istifadəyə verilib, sərhəd, gömrük və miqrasiya xidmətlərinin əməkdaşları üçün müasir iş şəraiti yaradılıb. Gözləmə zalında elektron gömrük və miqrasiya xidmətlərinin göstərilməsi üçün Azərbaycan, ingilis və rus dillərində informasiya köşkü qurulub. Sərhəd nəzarəti məntəqəsi üçün ayrılan xidməti otaqlarda da lazımi şərait yaradılıb.

Binada təhlükəsizlik tədbirlərinin də ən müasir tələblər səviyyəsində həyata keçirilməsi nəzərə alınıb, videonəzarət sistemi quraşdırılıb, xüsusi dizaynla tərtib olunmuş “Duty free” mağazaları və kafelər fəaliyyətə başlayıb.

Yenidənqurma işləri başa çatdırıldıqdan sonra illik sərnişin və yükdaşıma dövriyyəsi artacaq, Aerovağzal binasından istifadə edən sərnişinləri sayı saatda 500 nəfərə çatdırılacaqdır.

Ali Məclisin Sədri Aerovağzal binasında yenidənqurma işləri aparılarkən sərnişindaşıma və aviasiya təhlükəsizliyi ilə bağlı tədbirlərin mühəndis-texniki tələblər səviyyəsində başa çatdırılması barədə tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2455724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR