Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Alman mediasi manipulyasiyalara əl atır

Date: 12 November 2015 19:08


Berlin, 12 noyabr, AZƏRTAC
Almaniyanın ictimai “ARD-aktuell” telekanalının “Tagesschau” proqramında qaçqınlar üçün keçirilmiş aksiya haqda məlumat verilərkən 2003-cü ildə 100 minlərlə insanın İraq müharibəsi əleyhinə etiraz etdikləri aksiyadakı görüntülərdən istifadə edilib.
Şəkillərlə və videogörüntülərlə manipulyasiya etməkdə “ARD-aktuell” kanalının böyük təcrübəsi var. Kanal bununla da KİV-ləri “yalançı media” ifadəsi ilə ittiham edənlər üçün əlverişli imkan yaratmış olur. “Bu qədər manipulyasiyaya hansı səbəbdən yol verilir?” sualını isə “Tagesschau” proqramı cavabsız qoyur. Cavab əslində çox sadə olardı: Bu proqram özünü yalnız güclülər və onların məqsədləri ilə bağlayır. Təbii ki, bu, almanlar üçün ən aktual problem olan qaçqınlar məsələsindən də yan keçmir.
Almaniya hakimiyyəti qaçqınlar üçün “Xoş gəldin” kampaniyasını təşviq edir və insanlardan qaçqın axını üçün məhdudiyyətsiz emosinal anlayış tələb edir. “Tagesschau” proqramı da buna uyğun olaraq qaqçınlardan danışanda uşaqlı ailələri göstərir. Get-gedə daha çox vətəndaş “Tagesschau” proqramına inamını itirir. Bu həm də “Bild”, “Süddeutsche Zeitung”, “FAZ”, “Zeit” kimi qəzetlərə aiddir.
“Demoskopie Allensbach” İnstitutunun apardığı sosioloji sorğunun nəticəsinə görə, Almaniya əhalisinin yalnız üçdə biri qaçqınlar haqqında verilən məlumatları düzgün hesab edir, 47 faizi isə birtərəfli hesab edir. Göründüyü kimi, selektiv xəbərlər təəssüratı üstün gəlir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Tags:  Alman mediasi manipulyasiyalara əl atır


RƏYLƏR


Top news