“Xəzri” güləş komandası “Gələcəyin Olimpiyaçıları” turnirinin qalibi olub

“Xəzri” güləş komandası “Gələcəyin Olimpiyaçıları” turnirinin qalibi olub
19:13 12 Noyabr 2015
76 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan Güləş Federasiyasının (AGF) 1 saylı nümayəndəliyi üzrə sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında “Gələcəyin Olimpiyaçıları” komanda yarışı start götürüb.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 8 komanda mübarizə aparıb. “Həyat”, “Xəzri”, “Nardaran” və “Aran” klubları “A”, “Müşviqabad”, “Azəri”, “Xosrov Cəfərov” və “Zenit” İdman Cəmiyyətinin komandaları isə “B” qrupunda yarışıb.
Qrupda keçirdiyi bütün görüşləri qələbə ilə tamamlayan “Xəzri” və “Azəri” komandaları yarışın finalına vəsiqə qazanıblar. Həlledici görüşdə hesab 5:5, xalların sayı isə 21:21 olub. Ancaq təmiz qələbələrin sayəsində “Xəzri” komandası rəqibindən üstün olub və turnirin qızıl medalına sahib olub. “Azəri” komandası isə gümüş medalla kifayətlənib.
Bürünc medal uğrunda görüşdə “Zenit” İdman Cəmiyyətinin təmsilçiləri “Həyat” komandasını xal hesabı ilə - 26:20 (5:5) üstələyiblər. “Müşviqabad” güləşçiləri “Aran” klubundan güclü olub və turniri beşinci yerdə tamamlayıb. “Nardaran” güləşçiləri isə “Xosrov Cəfərov” klubunun təmsilçilərini məğlub edib və turniri yeddinci sırada başa vurub.
Turnirin ikinci günündə isə 2002-2004-cü il təvəllüdlü yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.
Yarışda ilk üç yeri tutan komandalar AGF tərəfindən diplom, kubok və medallarla, həmçinin pul mükafatı ilə təltif edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xezri_gules_komandasi_Geleceyin_Olimpiyachilari_turnirinin_qalibi_olub-901488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR