DİN-dən polislərin döyülməsi xəbərinə SƏRT REAKSİYA

DİN-dən polislərin döyülməsi xəbərinə SƏRT REAKSİYA
19:32 12 Noyabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Bəzi KİV-lərdə Bakıda 21 yaşlı gəncin iki polis əməkdaşını döyməsi ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyi bəyan edir ki, polisin döyülməsi xəbəri həqiqətdən tamamilə uzaqdır.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Milli.Az-a bildirib ki, əslində Nigar Rəfibəyli küçəsində qanunsuz olaraq reklam vərəqəsi paylayarkən bir nəfər  saxlanılıb. Həmin şəxs saxlanılarkən qanunun tələblərinə tabe olmayıb və polis əməkdaşlarına müqavimət göstərib. Buna baxmayaraq, o, polis bölməsinə aparılaraq barəsində inzibati qanunvericiliyə uyğun qaydada tədbir görülüb.

Şöbə rəisinin sözlərinə görə, polis əməkdaşlarına müqavimət göstərilməsini onların döyülməsi kimi qələmə vermək yolverilməzdir: "Belə hallarda yalnız hüquqpozma törətmiş və ya cinayətdə şübhəli bilinən şəxslərinin polis əməkdaşlarının qanuni tələblərinə tabeçilik göstərməməsindən söhbət gedə bilər. Amma bunu həmin şəxsin polisləri döyməsi kimi təqdim etmək qətiyyən yolverilməzdir. Bir sıra analoji situasiyalarda KİV-lər ucuz sensasiya və reytinq dalınca qaçaraq dəqiqləşdirmə aparmadan, hadisənin mahiyyətinə varmadan polis əməkdaşlarının guya döyülməsi barədə əsassız məlumatlar yayırlar. KİV-lərin nəzərinə çatıdırırıq ki, belə məlumatların yayılması polisin işgüzar nüfuzuna xələl gətirir və qanunvericiliyə əsasən, hüquqi məsuliyyət doğurur".

Qeyd edək ki, yayılan xəbərə görə, Bakının Səbail rayonu, Nigar Rəfibəyli küçəsində qanunsuz olaraq reklam vərəqəsi paylayan şəxs saxlanılıb. Bu zaman o, ərazidə xidmətdə olan Post Patrul Xidməti Bölüyünün polis serjantları - 1985-ci il təvəllüdlü Rüfət Əhədova, 1990-cı il təvəllüdlü Xəyyam Məmmədova müqavimət göstərərək onları döyüb. Həmin şəxs onlara yumruq və təpiklə vuraraq xəsarət yetirib. Polisləri döyən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Məhəmməd Novruzov saxlanılaraq polis bölməsinə təhvil verilib.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/382003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR