Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Anam yataq xəstəsi deyil" - İlhamə Quliyevanın oğlu

"Anam yataq xəstəsi deyil" - İlhamə Quliyevanın oğlu

Date: 12 November 2015 19:36

Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov anasının böyrəyinin sıradan çıxması haqqında yayılan xəbərləri şərh edib.

Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, İlhamə Quliyevanın yerli saytlara böyrəyində çürümə prosesinin getdiyini deməsinə baxmayaraq, oğlu Orxan Nadirov bunu təkzib edib. Onun sözlərinə görə, həkimlərin müayinəsindən sonra xəstə yatır. O, xalq artistinin şəkərinin qalxdığını və əsəblərinin yerində olmadığını deyib:

“Anamın vəziyyəti normaldı, lakin əsəblə bağlı şəkəri yüksəlib. İlk dəfə eşidirəm böyrək məsələsini belə bir şey yoxdur. Hər şey qaydasındadır. İlhamə Quliyeva yataq xəstəsi deyil, ürəyindən əməliyyat olunub, ona əsəbləşmək olmaz, sadəcə. Bu hər 6 aydan bir keçirilən profilaktik müalicələrindən biridir”.

Tags:  Anam yataq xəstəsi deyil İlhamə Quliyevanın oğlu


RƏYLƏR


Top news