""Liverpul"dan getməyimə görə peşman deyiləm"

""Liverpul"dan getməyimə görə peşman deyiləm"
19:42 12 Noyabr 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin gənc futbolçusu Rahim Sterlinq yayda "Liverpul"u tərk etməyindən peşman olmadığını deyib.

Goal.az xəbər verir ki, ingilis yarımmüdafiəçi artırmaq üçün üzərində işlədiyini də əlavə edib.

"Demək istəmirəm ki, mənim haqqımda pis fikirdə olanları səhv çıxarmışam. Sadəcə. "Liverpul"dan getmək qərarının düzgün olduğunu hesab edirəm. Bunu mənə ürəyim deyirdi. Bunu etdiyimə görə heç də peşman deyiləm. "Mançester Siti" və "Liverpul" iki böyük klubdur. İndi olduğum klubda xoşbəxtəm və inkişaf edirəm. "Siti" Premyer Liqanın liderlərindən biridir. Amma daha yaxşı oynaya bilərəm. Özü haqqında hər futbolçu belə danışır, heç kim özündən tam razı deyil. Gəncəm və proqresə davam etmək istəyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/381985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR