“Hürriyet Daily News” Azərbaycanda Atatürk Mərkəzinin fəaliyyətindən yazır

“Hürriyet Daily News” Azərbaycanda Atatürk Mərkəzinin fəaliyyətindən yazır
19:43 12 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 12 noyabr, AZƏRTAC
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin “Hürriyet Daily News” qəzetində Azərbaycanda Atatürk Mərkəzinin fəaliyyəti ilə bağlı analitik məqaləsi dərc edilib.
Türk və ingilis dillərində dərc olunan məqalədə bildirilir ki, Azərbaycanda Atatürk Mərkəzinin qurulması ulu öndər Heydər Əliyevin türk dünyası qarşısındakı əvəzsiz xidmətlərindəndir. Müəllif, həmçinin Prezident İlham Əliyevin Atatürk Mərkəzinə göstərdiyi diqqət və qayğı barədə də fikirlərini oxucularla bölüşür. O qeyd edir ki, bu Mərkəz Atatürk irsinin araşdırılması və onun ideyalarının həyata keçirilməsinə böyük töhfələr verir.
“Heydər Əliyev və Atatürk”, “Azərbaycanda Atatürk Mərkəzi”, “Kitablar arasında” və “Bir elm mənbəyi” yarımbaşlıqları ilə təqdim olunan məqalədə Azərbaycanda Atatürk Mərkəzinin yaranmasına dair rəsmi sənədlər və Mərkəzin keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verilir. Professor yazır ki, Azərbaycanda Atatürk Mərkəzinin qurulması ulu öndər Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkə böyük ehtiramının göstəricisi idi. Odur ki, Heydər Əliyevin Mustafa Kamal Atatürkə olan ehtiramını yüksək dəyərləndirən Türkiyə dövləti onu Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Sülh Mükafatı" ilə təltif edib.
Məqalədə, həmçinin Azərbaycanda Atatürk Mərkəzinin əldə etdiyi uğurlardan da bəhs edilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hurriyet_Daily_News_Azerbaycanda_Ataturk_Merkezinin_fealiyyetinden_yazir-901508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR