Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan-İsveçrə təhsil əlaqələrinin perspektivləri müzakirə olunub

Azərbaycan-İsveçrə təhsil əlaqələrinin perspektivləri müzakirə olunub

Date: 12 November 2015 19:43


Bakı, 12 noyabr, AZƏRTAC
Təhsil naziri Mikayıl Cabbarov İsveçrə Konfederasiyasının Azərbaycanda yeni təyin olunmuş səfiri Filip Ştalder ilə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir F.Ştalderi səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətindəki fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə, həmçinin Azərbaycan və İsveçrə arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Tags:  Azərbaycan-İsveçrə təhsil əlaqələrinin perspektivləri müzakirə olunub


RƏYLƏR


Top news