Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Yaponiya və Gürcüstan müdafiə sahəsində əməkdaşlıq barədə memorandum imzalayıb

Yaponiya və Gürcüstan müdafiə sahəsində əməkdaşlıq barədə memorandum imzalayıb

Date: 12 November 2015 19:43


Tokio, 12 noyabr, AZƏRTAC
Yaponiya və Gürcüstanın müdafiə nazirləri Qen Nakatani və Tina Xidaşelinin Tokioda keçirdiyi danışıqlar iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq barədə memorandumun imzalanması ilə başa çatıb. Bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Sənədi şərh edən Q.Nakatani deyib: “İndiyədək bizim ölkələr arasında müdafiə sahəsində qarşılıqlı əməkdaşlıq mövcud deyildi. Ümid edirəm ki, bundan sonra həmin əlaqələr daha da fəallaşacaq”.
T.Xidaşeli isə öz növbəsində bildirib ki, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına ümid edir.
Nazirlər görüş zamanı Çinin Cənubi Çin dənizində hərəkətlərini, o cümlədən bu yaxınlarda Yaponiyada qəbul edilmiş özünümüdafiə qüvvələrinin səlahiyyətlərinin genişləndirilməsi barədə qanunu müzakirə ediblər.
Yeni sənədə əsasən, tərəflər bundan sonra mütəmadi olaraq müvafiq qurumların nümayəndələri səviyyəsində məsləhətləşmələr aparacaq, müdafiə sahəsində təhsil və tədqiqat proqramlarının mübadiləsini təşkil edəcəklər. Tərəflər, həmçinin hərbi sahədə texniki əməkdaşlıq barədə də razılığa gəliblər.
Bu, indiyədək Gürcüstan müdafiə nazirinin Yaponiyaya ilk səfəridir. Səfərin noyabrın 14-dək davam edəcəyi bildirilir. Səfər çərçivəsində T.Xidaşelinin Yaponiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşəcəyi və Yaponiya Milli Müdafiə Akademiyasına baş çəkəcəyi gözlənilir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Tags:  Yaponiya Gürcüstan müdafiə sahəsində əməkdaşlıq barədə memorandum imzalayıb



RƏYLƏR


Top news