Rusiya Qəhrəmanı Yuri Baturin Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin qonağı olub

19:53 12 Noyabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC 
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Valentin Denisovla Rusiya Qəhrəmanı, təyyarəçi-kosmonavt, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, akademiyanın S.İ.Vavilov adına Təbiət və Texnika Tarixi İnstitutunun direktoru Yuri Baturinlə görüşüb. O, Bakıya Azərbaycan Milli Elmlər Akademiyasının dəvəti əsasında gəlib.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli iştirak edib.
V.Denisov qonaqları RİMM ilə tanış edib, “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti haqqında məlumat verib.
Görüşdə elmin inkişaf tarixinin populyarlaşdırılması baxımından birgə fəaliyyətin mümkün perspektivləri, habelə Rusiya və Azərbaycan alimlərinin irsinin qorunub saxlanması barədə fikir mübadiləsi aparılıb. Tərəflər arasında Nikolay və Sergey Vavilov qardaşları, Kərim Kərimov, Aleksey Çernyayevski, Fyodr İlin və başqalarının irsi haqqında söhbət gedib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_Qehremani_Yuri_Baturin_Rusiya_Informasiya_Medeniyyet_Merkezinin_qonagi_olub-901516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR