Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Mən də "Neftçi"də eyni vəziyyətlə üzləşmişəm" - Qurban Qurbanov (Müsahibə)

"Mən də "Neftçi"də eyni vəziyyətlə üzləşmişəm" - Qurban Qurbanov (Müsahibə)

Date: 12 November 2015 19:53

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azerisport.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- "Qarabağ" Topaz Premyer Liqasında yaranmış fasilə dövründə nə edəcək?
- Uşaqlara "Xəzər Lənkəran"la oyundan sonra üç günlük istirahət verilmişdi. Bu gün məşqləri bərpa etmişik. Noyabrın 15-də "Rəvan"la yoxlama oyunu keçirməyi planlaşdırırıq. Yığmaya çoxlu futbolçumuz gedib. Ona görə də yerdə qalanlarla işləyəcəyik.

- Komandanızın Premyer Liqadakı çıxışından razısınız?
- Oyundan razıyam. Uşaqlar mənim tapşırıqlarımı yerinə yetirirlər. Turnir cədvəlindəki mövqeyimiz də normaldır. Amma indidən nəticə çıxarmaq çox tezdir.

- Ən yaxın izləyiciniz "Qəbələ" son dövrlər axsayır...
- Bunu gözləmirdik. Amma digər tərəfdən bizim çempionatda istənilən komanda liderlərdən xal ala biləcək gücdədir. Biz belə vəziyyətlə üzləşmişik və yenə təkrarlana bilər. "Qəbələ"yə gəlincə, bu komandanın ötən mövsüm uzun müddət məğlubiyyət tanımadığını da yada salmaq mümkündür.

- "Qarabağ"ın "Qəbələ" ilə müqayisədə Avroliqanın qrup mərhələsində oynamaqla yanaşı, Premyer Liqada da uğurlu çıxış etmək baxımından daha təcrübəli olduğunu demək olar?
- Deməzdim. Onların baş məşqçisi çox təcrübəlidir. Roman Qriqorçuk nə vaxt, hansı futbolçulara istirahət vermək lazım olduğunu yaxşı bilir. Xal itkisi Avroliqada çıxış etməyəndə də mümkündür.

- Rəşad Sadıqov zədələnib və Avroliqada İngiltərə "Tottenhem"inə qarşı ev oyununda iştirak edə bilməyəcək...
- Demək çətindir. Amma yəqin ki, oynamayacaq. Onun özü və həkimi ilə görüşəcəyəm. Bu problemin həlli ilə ciddi məşğul olacağıq. Rəşadın dəqiq nə qədər yaşıl meydandan kənarda qalacağını demək çətindir.

- Bolqarıstanla oyundan sonra yığma karyerasını bitirmək istədiyini demişdi. Siz onun hansı qərarı verdiyini bilmirsiniz?
- Onunla bu barədə söhbət etməmişəm. Buna özü qərar verməlidir. Rəşadın hazırda 33 yaşı var. Amma potensialı daha bir neçə il yüksək səviyyədə oynamağa imkan verir.

- "Neftçi"də cari mövsüm baş verənlər yəqin ki, sizə də maraqlıdır...
- Bu klubun işlərini müzakirə etmək mənim tərəfimdən düzgün olmaz. Amma digər tərəfdən orada baş verənlər dəhşətlidir. Dünya təcrübəsində də adlı-sanlı klubların çətin vəziyyətlə üzləşdiyi dövrlərin olduğunu görmüşük. Bu klubda da ciddi dəyişikliklər edilib. Bir neçə ay sonra nələrin olacağını demək çətindir. Ola bilər ki, futbolumuzda ən yaxşı kluba çevrilsinlər. Onları bizə qarşı sərgilədikləri oyuna görə müzakirə etsəm, "Neftçi"də hər şeyin yaxşı olduğunu deyə bilərəm.

- Sizə elə gəlmir ki, "Neftçi"də olanlardan ən çox Samir Əliyev əziyyət çəkir?
- Mən də "Neftçi"də eyni vəziyyətlə üzləşmişəm. Qısa zamanda o, çox böyük təcrübə qazanıb. Ona uğurlar arzulayıram. Samir hələ özünü göstərəcək.


Tags:  Mən Neftçidə eyni vəziyyətlə üzləşmişəm Qurban Qurbanov Müsahibə

RƏYLƏR


Top news