"Sakramento"nun "Detroyt"u 101:92 hesabı ilə məğlub etdiyi barədə xəbər vermişdik.
Sözügedən matçda "Sakramento"nun point-qardı Rejon Rondo performansı ilə diqqət mərkəzinə düşüb. Ulduz basketbolçu matçı 14 xal, 11 ribaund, 15 assistlə tamamlayaraq tripl-dabl edib.
Bu, Rondonun son 3 matçdakı 2-ci tripl-dablıdır. O, daha öncə "Qolden Steyt"lə görüşdə oxşar uğura imza atmışdı.