Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda məktəbdəki silahlı insidentlə bağlı rəsmi açıqlama

Bakıda məktəbdəki silahlı insidentlə bağlı rəsmi açıqlama

Date: 12 November 2015 20:06

"Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 106 saylı orta məktəbdə baş vermiş insidentlə bağlı Bakı şəhər prokurorluğu tərəfindən şəhər Təhsil İdarəsi ilə birlikdə araşdırmalar aparılır".

Bunu ANS PRESS-ə açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. Onun sözlərinə görə, araşdırmaların nəticəsindən asılı olaraq qanuna müvafiq qərar qəbul ediləcək.


Eldar Sultanov - Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri


Bakıda orta məktəbdə dəhşətli hadisə baş verib. Qəsəbədə yerləşən 106 saylı orta məktəbin 7-ci sinfində dərs zamanı şagird sinif yoldaşını sinəsindən güllələyib.

Əmək təlimi dərsi zamanı müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan “Kral Air Rfle” markalı pnevmatik tüfəngdən istifadə zamanı şagird 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinə nahiyəsindən vurub.

Yaralı M.Nurzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

106 saylı məktəbin direktoru Təranə Qasımova müəllimin həmin silahı özü üçün aldığını bildirib: “Bir müddət öncə o silahı başqa bir adama satıb. Həmin adam da bir az özündə saxlayandan sonra istəməyib, gətirib məktəbdə müəllimə qaytarıb. Hidayət müəllim də Qobu qəsəbəsində yaşadığı üçün silahı sinifdə qoyub ki, gedəndə evə aparsın. Uşaqların da gözünə sataşıb. Əllərində baxanda qəfildən silah açılıb. O, odlu silah olmayıb, sancaq tipli patron olub. Mən qətiyyən müəllimin tərəfini saxlamıram, amma bir bədbəxt hadisədir, olub. Hazırda Hidayət müəllim də, şagird Murad da dərsdədirlər".

Tags:  Bakıda məktəbdəki silahlı insidentlə bağlı rəsmi açıqlama

RƏYLƏR


Top news