Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Noyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Noyabr
20:14 12 Noyabr 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ
 
ABŞ prezidenti Barak Obama Antalyada keçiriləcək “G-20” sammitinə gəlməzdən əvvəl Türkiyə rəhbərliyindən PKK terroruna qarşı əməliyyatları dayandırmağı tələb edir. Daha sonra İraq və Suriyada kürd silahlıları aktiv hərbi əməliyyatlara başlayaraq “kürd xəttini” tamamlamaq üçün hərəkətə keçirlər. Və bu proses ABŞ aviasiyasının dəstəyi ilə gerçəkləşdirilir. Dairə qapanır və ABŞ-ın Suriyada qoruya biləcəyi, uğrunda mübarizə aparacağı maraqlar üzə çıxır. İŞİD-ə və digər terrorçu birləşmələrə qarşı mübarizə aparmaq üçün əlini ağdan qaraya vurmayan Vaşinqton kürd muxtariyyətini qurmaq üçün bütün siyasi və hərbi təsir vasitələrini işə salır. Suriyanın şimalında kürdlərin nəzarət etdiyi və analitiklərin kürd cizgisi adlandırdığı xəttin tamamlanması Türkiyənin maraqlarına ciddi zərbədir. Ankara hələ seçkilər ərəfəsində kürdlərin Fəratın qarşı sahilinə keçməsinə imkan verməyəcəyini açıqlamış və bunun qarşısını almaq üçün əlindən gələni edəcəyini bildirmişdi. İndi top Türkiyədədir, proseslərin inkişafı rəsmi Ankaranın topu qapıya vuracağından, yoxsa auta atacağından asılıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221360

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR