İran portalı Azərbaycanda parlament seçkilərinin demokratik keçdiyini yazır

İran portalı Azərbaycanda parlament seçkilərinin demokratik keçdiyini yazır
20:18 12 Noyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Tehran, 12 noyabr, AZƏRTAC
İran İslam Respublikasının İSNA portalı Azərbaycanda keçirilən parlament seçkiləri haqqında məqalə yayıb.
Məqalədə qeyd olunur ki, seçkilər yüksək səviyyədə təşkil olunub və qanunvericiliyin tələblərinə uyğun keçirilib.
Yazıda səsvermənin gedişini müşahidə edən Serbiya parlamentinin sədr müavini Vladimir Malenkoviçin və İtaliya Senatının üzvü Sergio Dinanın bəyanatları yer alıb. V. Malenkoviç seçkilərin tam şəffaf və ədalətli şəkildə keçdiyini deyib. Bildirib ki, bu seçkilər Azərbaycanda hökm sürən sabitliyin və inkişafın nümunəsidir.
İtaliya Senatının üzvü isə bəyanatında qeyd edib ki, seçkilər tam demokratik şəraitdə, qanun pozuntusu müşahidə edilmədən və beynəlxalq standartlara uyğun keçirilib.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iran_portali_Azerbaycanda_parlament_sechkilerinin_demokratik_kechdiyini_yazir-901527

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR