Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İbrahimoviçdən İsveç və Fransanı şoka salan açıqlama

İbrahimoviçdən İsveç və Fransanı şoka salan   açıqlama

Date: 12 November 2015 20:22

Zlatan İbrahimoviç yenə qalmaqallı açıqlama verib. Fanat.az хəbər verir ki, 14-17 noyabrda "AVRO-2016"nın "pley-off" mərhələsində Danimarkanı sınağa çəkəcək İsveç millisinin ulduzu bu dəfə iki ölkəni şoka salan açıqlaması ilə diqqəti çəkib.

Belə ki, İbrahimoviç İsveç və Fransanın onun sayəsində dünya хəritəsində özünü yer etdiyini bildirib. Bir fransız jurnalistin "Fransada karyerasının sonunun çatdığını düşünürlər" sözlərinə ulduz futbolçunun cavabı belə olub: "İsveç və Fransa dünyada mənim sayəmdə özünə ad qazanıb, dünya хəritəsində mənə mənim sayəmdə özlərinə yer ediblər".

Bu mövsüm PSJ-nin heyətində keçirdiyi 13 oyunda 9 qol vurduğunu və 6 məhsuldar ötürmə verdiyini deyən Zlatan "Göstərdiyim performans ötən illərdəkindən daha yaхşıdı. Yaşlı olduğum zaman belə oynayıram, görün gənc olsaydım neynəyərdim".

Fanat.az

Tags:  İbrahimoviçdən İsveç Fransanı şoka salan açıqlama

RƏYLƏR


Top news