Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Toylarda bir-birimizi eşidəcəyik - şadlıq saraylarına tələb

Toylarda bir-birimizi eşidəcəyik - şadlıq saraylarına tələb

Date: 12 November 2015 20:22

Şadlıq evlərində musiqi çalınarkən istifadə edilən səsin gücü 85 desibeldən yüksək olmamalıdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı deyib.

Onun sözlərinə görə, bu məsələ qurum tərəfindən hazırlanan sənəddə öz əksini tapıb: "Şadlıq saraylarında nəzərdə tutulan səs diapazonundan artıq səsləndirmə insan sağlamlığına ziyandır. Ona görə də bütün şadlıq sarayları bu qaydalara əməl etməli və göstərilən diapazonu keçməməlidirlər".

Mütəxəssislər isə əksər şadlıq evlərində musiqi çalınarkən 200-300 desibel səs gücündən istifadə olunduğunu deyirlər. Şadlıq evlərindən isə bunu toy sahiblərinin tələbləri ilə əlaqələndirirlər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, şadlıq evlərində akustika tələblərini pozanlara qarşı 1000 manat cərimə nəzərdə tutulur.

Milli.Az


Tags:  Toylarda bir-birimizi eşidəcəyik şadlıq saraylarına tələb


RƏYLƏR


Top news