Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağcabədi məktəbliləri arasında keçirilən bilik yarışına yekun vurulub

Ağcabədi məktəbliləri arasında keçirilən bilik yarışına yekun vurulub

Date: 12 November 2015 20:33


Bakı, 12 noyabr, AZƏRTAC
“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Qalib sənsən” layihəsinin icrasını uğurla davam etdirir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Ağcabədi rayonunda gənclərin iştirakı ilə keçirilən intellektual bilik yarışına yekun vurulub. Yarışın final mərhələsində şəhər 2, 7, 1 və 12 nömrəli orta məktəblərin müvafiq olaraq “Müvəffəqiyyət”, “Zirvə”, “Şahin” və “Zəfər” komandaları yarışıb. Sonda “Müvəffəqiyyət” komandası yarışın qalibi adını qazanıb. Qalib komandanın üzvləri mükafatlandırılıblar.
Layihə çərçivəsində Ucar rayonunda da bilik yarışları təşkil olunacaq.


Tags:  Ağcabədi məktəbliləri arasında keçirilən bilik yarışına yekun vurulub


RƏYLƏR


Top news