Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Herostratı unudun!” tamaşası Akademik Milli Dram Teatrının səhnəsində

“Herostratı unudun!” tamaşası Akademik Milli Dram Teatrının səhnəsində

Date: 12 November 2015 20:38


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Herostratı unudun!” tamaşasının premyerası keçirilib.
AZƏRTAC xəbər verir ki, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluş verdiyi səhnə əsərində əsas rolları əməkdar artistlər Elşən Rüstəmov, Sabir Məmmədov, Ayşad Məmmədov, Münəvvər Əliyeva, İradə Həsənova və başqaları ifa edirlər.
Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Rus dramaturqu Qriqori Qorinin pyesi əsasında səhnələşdirilmiş “Herostratı unudun!” adlı ikipərdəli tragikomediyanın süjetini dünyanın yeddi möcüzəsindən biri hesab edilən, inşası 120 il davam etmiş, qədim Efes şəhərindəki Artemida məbədinin eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bazar alverçisi tərəfindən yandırılması hekayəsi təşkil edir. İlk baxışda Herostratın məqsədi müqəddəs məbədi yandıraraq şöhrət qazanmaq və adını əbədiləşdirmək cəhdi kimi görünsə də, hadisələrin inkişafı onun hədəfinin hakimiyyəti ələ keçirmək olduğunu göstərir.

Tags:  Herostratı unudun tamaşası Akademik Milli Dram Teatrının səhnəsində


RƏYLƏR


Top news