Azərbaycan və Danimarka arasında viza rejiminin sadələşdirilməsi imkanları müzakirə olunub

Azərbaycan və Danimarka arasında viza rejiminin sadələşdirilməsi imkanları müzakirə olunub
20:48 12 Noyabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Kopenhagen, 12 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Böyük Britaniyadakı və eyni zamanda Danimarka Krallığındakı səfiri Tahir Tağızadə Kopenhagenə səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin protokol idarəsinin direktoru xanım Mari-Luiz Overvad ilə görüşüb və öz etimadnaməsinin surətini ona təqdim edib.
Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, siyasi sahədə əməkdaşlıq, Azərbaycan və Danimarka arasında viza rejiminin sadələşdirilməsi imkanları müzakirə olunub.
Səfir T.Tağızadə və danimarkalı diplomat arasında Azərbaycanın Şimali Avropa regionuna yönəlmiş siyasətinin əsas istiqamətləri, Azərbaycan-Danimarka ikitərəfli əməkdaşlığının genişləndirilməsi, ölkəmizdə son illər müxtəlif sahələrdə əldə edilmiş inkişaf, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Kopenhagen

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Danimarka_arasinda_viza_rejiminin_sadelesdirilmesi_imkanlari_muzakire_olunub-901537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR