Dağlıq Qarabağda münaqişənin nizama salınmasına Rusiyanın yanaşması dəyişməzdir

Dağlıq Qarabağda münaqişənin nizama salınmasına Rusiyanın yanaşması dəyişməzdir
20:53 12 Noyabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 12 noyabr, AZƏRTAC
Dağlıq Qarabağda münaqişənin nizama salınmasına Rusiyanın yanaşması dəyişməz qalır. Bu fikri Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən növbəti brifinqdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərini şərh edərkən səsləndirib. Onun sözlərinə görə, Rusiyanın həm Azərbaycan, həm də Ermənistan ilə sıx münasibətləri var. M.Zaxarova deyib: “Rusiya hər iki tərəfə zərər vura biləcək bir fəaliyyət göstərmir. Konfliktin nizama salınmasına bizim münasibətimiz dəyişməz qalır və bunu bir daha təsdiq edə bilərəm”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dagliq_Qarabagda_munaqisenin_nizama_salinmasina_Rusiyanin_yanasmasi_deyismezdir-901543

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR